Kaka: "Neymar əla futbolçudur"

"Orlando Siti"nin yarımmüdafiəçisi Kaka həmyerlisi Neymarın taleyi barədə danışıb. SİA-nın məlumatına görə, təcrübəli futbolçu bunları deyib: "Mövsümün bu hissəsində transfer bazarı açıqdır. Hər bir klub böyük futbolçu istəyir. Şübhəsiz, Neymar da bu kateqoriyaya aiddir. Seçim onun şəxsi işidir. Onun nə fikirləşdiyini bilmirəm. "Barselona"da vaxtının sona çatmasını düşünürsə, getməlidir. Sadəcə onu deyə bilərəm ki, Neymar əla futbolçudur. Harda oynaması fərq etməz. O, səviyyəsini göstərməyi bacaracaq. Neymara uğurlar arzu edirəm. "Barselona" yaxşı klubdur. Atası və ailəsinin dəstəyi ilə lazımi qərar qəbul edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə