“Neftçi”nin növbəti rəqibi də alman komandası olacaq

“Neftçi”nin növbəti rəqibi də alman komandası olacaq

“Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışındakı növbəti sınaqçı rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın toplanış çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunu da alman komandasına qarşı olacaq. Komanda avqustun 2-də Berlinin “Herta” klubu ilə qarşılaşacaq.

Ona qədər isə, Elxan Məmmədov yetirmələrini iyulun 30-da saat 20:00-da BƏƏ klubu "Əl Ain"lə matçda sınayacaq. Qeyd edək ki, “Neftçi” sabah digər Bundesliqa təmsilçisi “Şalke” ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə