Elxan Məmmədov "Qarabağ"ın yeni açılan Fan-şopunda olub FOTOLAR

Elxan Məmmədov "Qarabağ"ın yeni açılan Fan-şopunda olub FOTOLAR

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun texniki direktoru Bernhard Lippert "Qarabağ"ın yeni açılan Fan-şopunda olublar. SİA-nın məlumatına görə, onlar Fan-şopdan alış-veriş ediblər.

Baş katib Elxan Məmmədov yeni açılan Fan-şop haqda fikirlərini bildirib. O, "Qarabağ"ın fan-şopunun açılmasının xoş olduğunu vurğulayıb: "Məhsullarla yaxından tanış oldum. Sevindirici haldır ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundur və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar xoşagələndir. İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik".

E.Məmmədov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün "Şerif"lə qarşılaşacaq "Qarabağ"a uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə