"Olimpik" hücumçusunu "Soşo"ya icarəyə verib

"Olimpik" hücumçusunu "Soşo"ya icarəyə verib

Fransanın "Olimpik" (Lion) klubunun hücumçusu Aldo Kalulu "Soşo"ya icarəyə verilib. SİA-nın məlumatına görə, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

İcarə müddəti bir mövsümlükdü. 21 yaşlı futbolçu qarşıdakı mövsüm başa çatan kimi yenidən Lion təmsilçisinin düşərgəsinə qayıdacaq. Çünki icarə müqaviləsində "Soşo" onun transfer hüquqlarını almaqla bağlı heç bir tələb qoymayıb.

Qeyd edək ki, Kalulu yetirməsi olduğu Lion "Olimpik"inin əsas komandasında indiyə qədər 14 oyun keçirib, 3 qola imza atıb. Geridə qalan mövsümdə isə o, "Renn"də icarədə olub və 10 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə