“Kəpəz” milli komanda ilə qarşılaşacaq

“Kəpəz” milli komanda ilə qarşılaşacaq

Bakıda hazırlıq keçmiş “Kəpəz”in əvəzedici heyəti qısa istirahətdən sonra Gəncədə məşqləri bərpa edib. SİA-nın məlumatına görə, əvəzedicilər şəhər stadionunun yardımçı meydançasında məşqlərə başlayıblar. Hazılıq prosesində 19 futbolçu iştirak edir.

Qeyd edək ki, “Kəpəz”in əvəzediciləri daha bir yoxlama oyunu keçirəcəklər. “Sarı-göylər” iyulun 27-də Qaxda Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası ilə qarşılaşacaqlar. Oyun millinin toplanış keçdiyi İlisuda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə