"Monako"nun futbolçusu Kilian Mbappe "Real"a transfer oluna bilər. SİA-nın "Marca"ya istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Madrid təmsilçisinin 180 milyon avro təzminat ödəyəcəyi iddia edilir. Bu məbləğin 160 milyonu dərhal, qalanı isə bonus olaraq "Monako"ya veriləcək.
Xəbərdə o da qeyd olunur ki, "Real" Mbappe ilə 6 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, K.Mbappe ötən mövsüm 44 oyunda 26 qol vurub, 14 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB