Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. SİA-nın məlumatına görə, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. Bu gün turnirin ikinci turunun görüşləri keçirilir.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadər, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB