Bu gün “Qarabağ” “Şerif”lə qarşılaşacaq

Bu gün “Qarabağ” “Şerif”lə qarşılaşacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” klubu bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21.00-da Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Sergey Tsinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutin

Dördüncü hakim: Viktor Şimusik

(Hakimlər briqadası Belarusdandır.)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə