"Vest Hem" klubu növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, London klubu Xavyer Ernandesi heyətinə qatıb. Meksikalı hücumçu 3 illik müqaviləyə imza atıb. "Çiçarito" tezliklə komandanın Almaniyadakı təlim-məşq bazasına yollanacaq. Onun transferi "Bayer Leverkuzen"ə 16 milyon avro qazandırıb. "Sky Sport"un verdiyi məlumata görə Ernandes klubun ən ödənişli futbolşusu olacaq. Onun məvacibi həftəə 140 min funtdur.
Meksika millisinin üzvü Premyer Liqaya yad oyunçu deyil. O, 2010-15-ci illərdə "Mançester Yunayted"in şərəfini qorumuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB