"Səbail" "Paxtakor"a məğlub olub

"Səbail" "Paxtakor"a məğlub olub

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" ötən gün növbəti yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, Samir Əliyevin komandası Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşıb.

"Green Park Resort Kartepe" hotelinin meydançasında keçirilən oyun özbəklərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Səbail"in yeganə qolunu Nurlan Novruzov vurub.

Qeyd edək ki, yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq" komandasına 1:4 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə