"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi "Monako"nun müdafiəçisi Benjamin Mendini transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Fransa millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 23 yaşlı müdafiəçinin keçidinə görə "şəhərlilər" Fransa klubuna 58 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mendi "Monako"ya 2016-cı ildə "Marsel"dən 13 milyon avroya transfer olmuşdu. O, son mövsümdə "knyazlıq" təmsilçisinin heyətində 39 matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB