Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" Futbol Klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, Samir Əliyevin komandası Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşacaq. "Green Park Resort Kartepe" hotelinin meydançasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq" komandasına 1:4 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB