“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliya B seriyasında çıxış edən "Palermo"da davam etdirəcək. SİA-nın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb. 27 yaşlı forvardın “Palermo” ilə 4 illik müqavilə bağladığı da bildirilir.
Qeyd edək ki, ötən mövsüm “Herakles”də çıxış edən isveçli futbolçu Hollandiya çempionatında 19 qol vurub. 2015/2016 mövsümündə "Qarabağ"da oynayan Armenteros 23 oyuna 7 dəfə rəqib qapılarına yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB