Kamran Ağayev Çexiyaya yollanıb

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyaya yollanıb. SİA-nın məlumatına görə, 31 yaşlı qolkiperi "Mlada Boleslav" klubunun nümayəndələri qarşılayıb.

K.Ağayev hava limanından birbaşa tibbi müayinəyə yollanıb. Müayinədən uğurla keçəcəyi təqdirdə onunla "Mlada Boleslav" arasında 1 illik müqavilə bağlanılacaq.

Qeyd edək ki, K.Ağayevin son klubu Portuqaliya "Boavişta"sı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə