"Mançester Siti"nin yeni transferi forma nömrəsini seçib FOTO

"Mançester Siti"nin yeni transferi forma nömrəsini seçib FOTO

"Mançester Siti"nin yeni transferi Danilo özünə forma seçib. SİA-nın məlumatına görə, braziliyalı müdafiəçi 3 nömrəli forma ilə çıxış edəcək.

Bu nömrə altında Bakari Sanya çıxış edirdi. Fransalı futbolçu mövsümün sonunda komandanı tərk etmişdi.

26 yaşlı Danilo "Mançester Siti" ilə 5 illik müqavilə imzalayıb. İyulun 23-də rəsmən "şəhərlilər"in futbolçusuna çevrilən "sambaçı"nın transferi "Real"a 35 milyon avro qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə