“Yuventus” “Fiorentina”nın hücumçusunu heyətinə qatacaq

“Yuventus” “Fiorentina”nın hücumçusunu heyətinə qatacaq

“Yuventus” heyətinə yeni oyunçu cəlb edir. SİA-nın məlumatına görə, Turin klubu “Fiorentina”nın hücumçusu Federiko Bernardeskinin transferinə çox yaxındır. Klubun rəsmi "Tvitter" səhifəsi 23 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçmək üçün Turinə getdiyini açıqlayıb.

İtaliya mətbuatı Bernardeskinin transferi üçün “Yuventus”un qarşı tərəfə 40 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 2014-cü ildən "Fiorentina"da çıxış edən İtaliya millisinin üzvü 72 oyuna 24 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə