"Qəbələ”nin oyununun hakimləri müəyyənləşib

"Qəbələ”nin oyununun hakimləri müəyyənləşib

"Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos”la səfərdə keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, iyulun 27-də Afinada baş tutacaq görüşü ispaniyalı ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Xuan Martinez Munueradır. Onai Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font yardım edəcək.

Qarşılşamanın 4-cü hakimi isə Mario Melero Lopez təyin olunub.

Görüşün UEFA nümayəndəsi şimali irlandiyalı Lesi İrvin, hakim inspektoru isə latviyalı Yanis Mejekisdir.

Bütün xəbərlər Facebook səhifəmizdə