"Sumqayıt" "Sivasspor"a böyük hesabla məğlub olub

"Sumqayıt" "Sivasspor"a böyük hesabla məğlub olub

Növbəti mövsümə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxıb. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib. Bolu "Thermal Hoteli"nin stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən qarşılaşma təmsilçimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4.

1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü Türkiyə 1-ci liqasını lider olaraq tamamlayıb və Super Liqaya yüksəlib.

"Sumqayıt" (Azərbaycan) - "Sivasspor" (Türkiyə) - 0:4

Qollar: Leandrinyo, 12, Kalip Güzel, 50, Arslan, 71, Mutlu, 84

Bütün xəbərlər Facebook səhifəmizdə