Harri Keyn: "Tottenhem"i Avropada ən yaxşı klublardan biri hesab edirəm"

Harri Keyn: "Tottenhem"i Avropada ən yaxşı klublardan biri hesab edirəm"

"Tottenhem"in əsas qol silahı Harri Keyn klubun transfer bazarında durğunluq barədə danışıb. SİA-nın məlumatına görə, ingilis forvard təlaşa əsas olmadığını bildirib: "Həqiqətən, komandamızın güclü olduğunu hesab edirəm. Ötən mövsümlə müqayisdə heyətdə az dəyişikliklər olub. Baş məşqçi düzgün qərar verəcək. Transfer pəncərəsinin bağlanmasına hələ çox vaxt var. Panikaya əsas yoxdur. Məncə, komandaya uyğun gəlməyən futbolçu almaqdansa, ümumiyyətlə heç kimi transfer etməmək yaxşıdır. Məşqçi bir futbolçunu gözaltı edirsə, onun komandaya nə dərəcədə uyğun gəldiyini nəzərə alır. Özümə qalanda, "Tottenhem"də rahatam. "Tottenhem"i tək İngiltərədə deyil, Avropada ən yaxşı klublardan biri hesab edirəm. Bizi irəlidə gözləyənlərə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə