"Aue" Avstriyada "Antalyaspor"la qarşılaşıb

"Aue" Avstriyada "Antalyaspor"la qarşılaşıb

Almaniyanın "Aue" klubu 2-ci Bundesliqanın yeni mövsümünə hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu kollektiv Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. "Bənövşəyilər" Türkiyənin "Antalyaspor" klubu ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.

Millimizin yarımmüdafiəçisi də bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan Nazarov 75-ci dəqiqədə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə