Avropa Liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Polşanın “Yagelloniya” klubu ilə 2-ci təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıb. Dünən Yunanıstan paytaxtına çatan komanda “Hilton” otelində məskunlaşıb. “Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə də çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.
Xatırladaq ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB