Mourinyo: "Ronaldo heç vaxt transfer siyahımızda olmayıb"

Mourinyo: "Ronaldo heç vaxt transfer siyahımızda olmayıb"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlaması ilə diqqət çəkib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis sabiq futbolçusu Kriştianu Ronaldo və Qaret Beyli hazırkı klubunda görməkdə maraqlı olmadığını bildirib: “Ronaldo kimi Beyl də heç vaxt transfer siyahımızda olmayıb. Mən onların xidmətində maraqlı deyiləm”.

Qeyd edək ki, son zamanlar həm Ronaldonun, həm də Beylin “Maçester Yunayted”ə mümkün transferləri müzakirə olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə