"Mançester Siti” növbəti transferini reallaşdırmaq üzrədir. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Monako”dan Benjamin Mendi heyətə cəlb olunur. 23 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək və yeni klubunun düşərgəsinə qoşulmaq üçün Los-Ancelese yollanıb.
Qeyd edək ki, “Mançester Siti” Mendi üçün “Monako”ya 57,5 milyon avro ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB