Atəş açma üzrə yarışlara start verilib

Atəş açma üzrə yarışlara start verilib

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib. SİA-nın verdiyi məlumata görə, turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub. O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək.

Çempionat avqustun 4-dək davam edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə