"Xəzər Lənkəran" PFL-in rəsmi saytını ədlətsizlikdə günahlandırdı

"Xəzər Lənkəran" PFL-in rəsmi saytını ədlətsizlikdə günahlandırdı

"Xəzər Lənkəran" klubu Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytını ədadlətsizlikdə günahlandırır. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər dərc olunub. Xəbərdə PFL-in rəsmi saytında cənub təmsilçisinin baş məşqçisinin sözlərinin yalnış qeyd olunduğu vurğulanır.

Dərc olunmuş xəbəri olduğu kimi nəzərinizə çatdırırıq:

"Bu gün PFL-in rəsmi saytında "Xəzər Lənkəran" və "Muğan" komandalarının baş məşqçiləri Mirça Rednik və Almir Hurtiçin bu komandaların oyunundan sonrakı mətbuat konfransında səsləndirdikləri fikirləri dərc olunub. Almir Hurtiçin sözləri düzgün catdırılıbsa Mirça Rednikin dedikləri kobudcasına təhrif olunub və tam olaraq çatdırılmayıb. Belə ki, PFL-in saytına görə Rednik guya komandasının oyunundan narazıdır və bu məqamı dilə gətirərək söz verib ki, bu nöqsanları aradan qaldıracaq. Əslində məşqçimiz komandamızın oyunu haqqında ümumiyyətlə heç bir fikir bildirməyib. Rednikin dediklərini olduğu kimi sizə təqdim edirik.
"Bu gün bizim rəqibimiz güclü komanda idi və o yaxşı oyun nümayiş etdirdi", - "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik mətbuat konfransında dedi. O qeyd etdi ki, komandaların ikisi də qələbə istəyirdilər və qalib çıxa bilərdilər. O ki qaldı hakimliyə, məşqçimiz vurğuladı: "Mən heç vaxt hakimlərdən danışmağa xoşlamamışam, lakin bu gün bunu etməyə məcburam – bu gülünc bir hakimlik idi. Hakim bizim ən mühüm futbolçularımızı sarı kartla cəzalandırdı. Deyə bilərəm ki, hakim ədalətsiz idi. Amma nə edəsən? Bu həyatdır. Qarşıda bizi "Neftçi" ilə oyun gözləyir və biz bu oyuna hazırlaşacayıq"

Bütün xəbərlər Facebook səhifəmizdə