Respublika turnirinə vəsiqə uğrunda AGF-nin Bakı nümayəndəliyinin təsnifat yarışları başa çatıb

Respublika turnirinə vəsiqə uğrunda AGF-nin Bakı nümayəndəliyinin təsnifat yarışları başa çatıb

Sərhədçi Olimpiya İdman Mərkəzində Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmə (1994-1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda AGF-nin Bakı nümayəndəliyinin təsnifat yarışları başa çatıb. Azərbaycan Güləş Federasiyasindan (AGF) SİA-ya verilən məlumata görə, son iki gün yunan-Roma güləşçilərinin gərgin mübarizəsi ilə yadda qalıb.

Ümumilikdə, 275 pəhləvanın iştirak etdiyi yunan-Roma güləşi yarışlarında fəxri kürsünün ən yüksək pilləsində Əli Məmmədov (42 kq, ROİL), Murad Bazarov (46 kq, ROİL), Şahin Zahidov (50 kq, ROİL), Sakit Quliyev (54 kq, Neftçi), Toğrul Dəmirov (58 kq, Neftçi), Orxan Nuriyev (63 kq, Təhsil), Elnur Vəliyev (69 kq, "Cəngi" GK), Elməddin Ramazanov (76 kq, "Cəngi" GK), Kamran Babayev (85 kq, ROİL), Türmən Eyyubov (100 kq, ROİL) qərarlaşıb.

Xatırladaq ki, Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmə (1994-1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turniri 14-17 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə