Orxan Hüseynzadə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq

Orxan Hüseynzadə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq

AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, O.Hüseynzadə "Metallist" (Xarkov, Ukrayna) – PSV (Eyndhoven, Hollandiya) oyununa təyinat alıb.

Qeyd edək ki, oyun sentyabrın 30-da, Xarkov şəhərindəki "Metallist" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə