Cüdo üzrə gənclər arasında Avropa çempionatına bu gün yekun vurulacaq

Cüdo üzrə gənclər arasında Avropa çempionatına bu gün yekun vurulacaq

Bolqarıstanın Sofiya şəhərində start götürən cüdo üzrə gənclər arasında Avropa çempionatına bu gün yekun vurulacaq. Judo Olineden SİA-ya verilən məlumata görə, qitə birinciliyinin 3-cü günündə tatami üzərinə təmsilçilərimizdən – 81 kq çəki dərəcəsində Şahin Qəhrəmanov (90kq) və Fərid Babayev (+100kq) çıxıb. Hər iki idmançımız ilk qarşılaşmada uduzaraq mübarizədən kənar qalıblar.

Gənclərdən ibarət milli yığma komandanın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 8 cüdoçumuz yarışlarda mübarizə aparıb.

Xatırladaq ki, yarışın ilk günündə 60 kq çəkidə Vüqar Şirinli çempionatın bürünc medalını qazanıb. Digər çüdoçularımız 81 kq -da Tural Sefquliyev 5-ci, 55 kq-da Elsevər Sadıqzadə isə -7 ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə