Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb. Ölkəmiz buna xal hesabını artırmaq sayəsində nail olub. “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sına qalib gəlməklə Azərbaycanın hesabına 0.250 xal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə qolsuz heç-heçə edən “Zirə”nin qazancı isə 0.125 xal olub. Lüksemburqda “Fola”ya uduzan (1:4) “İnter” isə reytinqə fayda verməyib.
Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17.000-a yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB