Zaur Svanadze: "Həmişə bəxt gətirmir"

Zaur Svanadze: "Həmişə bəxt gətirmir"

"İnter"in baş məşqçisi Zaur Svanadze UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Fola"sına qarşı keçirdikləri cavab matçını (1:4, ilk oyun 1:0) şərh edib. SİA-nın məlumatına görə, gürcü mütəxəssis bunları söyləyib: "Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdı".

Bütün xəbərlər Facebook səhifəmizdə