“Cənab Prezidentimiz hər zaman ölkəmizdə mətbuatın inkişafını və jurnalistlərin sosial vəziyyətini diqqət mərkəzində saxlayır. Jurnalistlərin sırasında mətbuat xidməti rəhbərlərinin də evlə təmin olunmasına görə dövlət başçımıza minnətdarlığımızı bildiririk”. Bunu SİA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
O qeyd edib ki, dövlət tərəfindən mənzillə təmin olunması həyatının ən böyük hədiyyəsidir: “Milli Mətbuat Günü ərəfəsində dövlət başçısı tərəfindən mənzil hədiyyəsi almaq çox böyük şərəf və sevincdir. Nəzərə alsaq ki, səhəri gün ad günümdür, bu, mənim üçün ikiqat bayram oldu. Çox xoşbəxtəm. Mətbuat xidmətinin rəhbəri olaraq Gənclər və İdman Nazirliyində formalaşmışam. Bu illər ərzində mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Namizədliyimi irəli sürənlərə və mənə ev hədiyyə edən cənab Prezidentə bütün ailəm adından minnətdarlığımı bildirirəm. Bu ev həyatımın ən böyük hədiyyəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB