Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi dünən bir məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər futbolçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu “Şerif” olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB