Valeriya Məmmədova: "Hər bir oyunçunun məqsədi olmalıdır" AÇIQLAMA

Valeriya Məmmədova: "Hər bir oyunçunun məqsədi olmalıdır" AÇIQLAMA

Avropa Çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qubadakı təlim-məşq toplanışı davam edir. SİA-nın məlumatına görə, komandamızın aparıcı oyunçularından olan Valeriya Məmmədova hazırlıq prosesindən danışıb. Təcrübəli liberomuzun fikirlərini təqdim edirik: "Dünya çempionatının seçmə oyunlarından sonra istirahət etdim. Ailəmlə - həyat yoldaşım və oğlumla asudə vaxt keçirdim. İndi isə Qubada toplanış keçirik. Qarşıda bizi məsuliyyətli yarış gözləyir. Bütün oyunçular kimi mən də qarşıma məqsəd qoymuşam. Məncə, komandanın ümumi məqsədiylə yanaşı, hər bir oyunçunun məqsədi olmalıdır. Yalnız belə nəyəsə nail olmaq olur. Gərgin məşqlər keçir. Qarşıda bizi daha güclü və intensiv təlim-məşq toplanışları gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə