Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Fola”nın qonağı olacaq “İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşma öncəsi fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, gürcü mütəxəssis onları çətin oyun gözlədiyini deyib: “Bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda mübarizə aparacağıq. Uşaqlar ciddi hazırlaşırlar, zədəlimiz yoxdur. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Xatırladaq ki, “İnter” və “Fola” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin minimal hesablı qələbəsi ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB