Milli komandamızın hücumçusu Ramil Şeydayev UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, 20 yaşlı forvardın formasını geydiyi “Jilina” II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Kopenhagen”in qonağı olub. Şeydayev oyunun 66-cı dəqiqəsində meydana daxil olub. Matç “Jilina”nın 2:1 hesablı qələbəsi ilə başa çatsa da, Slovakiya çempionu mərhələ adlaya bilməyib.
Belə ki, “Kopenhagen” ilk matçda 3:1 hesablı qələbə qazandığından Ramilin komandası qitənin mötəbər klub turniri ilə vidalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB