“Hall Siti” “Liverpul”un futbolçusunu heyətinə cəlb edib

“Hall Siti” “Liverpul”un futbolçusunu heyətinə cəlb edib

“Hall Siti” “Liverpul”un yarımmüdafiəçisi Kevin Stüartı heyətinə cəlb edib. SİA-nın məlumatına görə, artıq 23 yaşlı futbolçu “Hall Siti”nin düşərgəsindədir. Çempionşip təmsilçisinin bu transfer üçün “Liverpul”a 8 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Kevin Stüart 2014-cü ildən “Liverpul”da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə