“Liperpul”un futbolçusu Lazar Markoviç “Beşiktaş”da çıxış edəcək. SİA-nın məlumatına görə, serbiyalı yarımmüdafiəçi İstanbul klubunda icarə əsasında oynayacaq. İcarə müqaviləsinin müddəti 2019-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm “Hall Siti”də icarədə olub. Premyer Liqada 12 oyuna çıxan Markoviç 2 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB