"Barselona"nın hücumçusu Neymar katalon klubunda xoşbəxt olduğunu və yeni mövsümü səbirsizliklə gözlədiyini bildirib. SİA-nın məlumatına görə, braziliyalı ulduz bunları deyib: "Ötən mövsüm mənim üçün çox yaxşı keçdi. Şəhərə və kluba öyrəşmişəm, burda xoşbəxtəm. Bu amil idmançının çıxışında həmişə özünü göstərir. İstədiyimiz qədər titul qazanmasaq da, özümü komandada çox rahat hiss etdim. Gözəl oyunlar keçirdik və inanılmaz anlar yaşadıq. İndi isə yeni mövsümdə lazımi səviyyədə çıxış etmək lazımdır".
Qeyd edək ki, Neymarın "Barselona" ilə cari müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. İspaniya mətbuatının yaydığı məlumata görə, PSJ onun xidmətlərində maraqlıdır. Amma futbolçunun atası və katalonların vitse-prezidenti onun heç yerə getməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB