"Bursaspor" "İnqolştadt"la heç-heçə edib

"Bursaspor" "İnqolştadt"la heç-heçə edib

Türkiyə Super Liqasının yeni mövsümünə hazırlaşan "Bursaspor" Avstriyadakı təlim-məşq toplanışının ikinci günündə növbəti yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası bu dəfə Almaniyanın "İnqolştadt" klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.

Baş məşqçi Pol Le Quen yığmamızın forvardına bu oyunda da şans verməyib. Yılmaz bursalıların bir gün öncə İngiltərə Çempionşip klubu "Lids"ə qarşı keçirdiyi oyunda (3:0) da forma şansı qazanmamışdı.

Həmin oyunun ikinci hissəsində meydana çıxan Azərbaycanın gənclərdən ibarət millisinin futbolçusu Ozan Can Kökcü də ikinci sınaq matçında meydana buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə