“Qəbələ” bu gün Belostokda oyunöncəsi son məşqinə çıxacaq

“Qəbələ” bu gün Belostokda oyunöncəsi son məşqinə çıxacaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb. SİA-nın məlumatına görə, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib.

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb.

“Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün “Qəbələ” matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə