“Qarabağ”ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, yerli federasiya Kristian Panuççi ilə danışıqları yekunlaşdırmaq üzrədir.
İtaliyalı mütəxəsislə müqavilə yaxın günlərdə imzalanmalıdır. Onunla yanaşı Cankarlo Kamoleze, Filippo İnzaqi və Klarens Zeedorfun da namizədliyini nəzərdən keçirən federasiya rəhbərliyi seçimini Panuççinin üzərində dayandırıb. 44 yaşlı mütəxəssis həmyerlisi Canni de Byazinin istefasından sonra boş qalan posta yiyələnəcək. 5 il yarım Albaniya millisinə rəhbərlik edən və komandanı AVRO-2016-nın final mərhələsinə çıxaran de Byazi ötən ay postundan ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB