"Sumqayıt" Türkiyə toplanışını davam etdirir

"Sumqayıt" Türkiyə toplanışını davam etdirir

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" ötən günü bir məşqlə başa vurub. SİA-nın məlumatına görə, futbolçular Samir Abasovun rəhbərliyi altında axşam məşqinə çıxıblar.

Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.

Sumqayıtlılar bu gün 2 məşqə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə