“Qəbələ" "Kəpəz"ə 3 cavabsız qol vurub

“Qəbələ" "Kəpəz"ə 3 cavabsız qol vurub

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, “sarı-göylər” “Qəbələ”nin əvəzedici heyəti ilə görüşüb. “Dalğa Arena”nın yardımçı meydançasında reallaşan matç qəbələlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Kəpəz” paytaxtda daha bir yoxlama görüşü keçirəcək. Komanda iyulun 20-də “Zirə”nin əvəzedici heyəti ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə