İspaniya Futbol Federasiyasının prezidenti və eyni zamanda FİFA-nın vitse-prezidenti olan Anxel Mariya Vilyar oğlu Qorkanla birlikdə ölkə polisi tərəfindən saxlanılıb. SİA-nın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, buna federasiya rəhbərinin korrupsiya əməlləri səbəb olub. O və oğlu korrupsiya fəalliyyətində, sənədlərin saxtalaşdırılmasında və qanunsuz mənimsəmədə şübhəli bilinirlər.
Qeyd edək ki, Vilyar 1988-ci ildən İspaniya Futbol Federasiyasının prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB