"Yuventus"un yeni transferi illik 3,5 milyon avro qazanacaq

"Yuventus"un yeni transferi illik 3,5 milyon avro qazanacaq

"Yuventus" növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, Turin klubu London təmsilçisinin qapıçısı Voyçex Şensnıni transfer edib. 27 yaşlı qolkiperin transferi "qoca sinyora"ya 10 milyon funt-sterlinqə başa gəlib. Yeni klubu ilə 4 illik müqavilə imzalayan Polşa millisinin üzvünün illik maaşı 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Şensnı son iki mövsümü icarə əsasında "Roma"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə