Neymar PSJ-yə keçmək istəyir

"Barselona"nın hücumçusu Neymar PSJ ilə danışıqlar aparmaq istəyir. SİA "As" nəşrinə istinadən xəbər verir ki, bu həftə futbolçunun atası Paris klubunun prezidenti Naser Əl-Xəlaifi ilə görüşəcək.

"Barselona" Marko Verrattini transfer etməyə çalışsa da, PSJ katalonlara ümid yeri qoymur. Neymarla danışıqlar uğurla başa çatsa, italyan yarımmüdafiəçinin İspaniya nəhənginə gəlməsi də asanlaşa bilər. PSJ braziliyalı ulduza görə 222 milyon avro ödəməyə hazırdır.

"Sport" nəşrinin yaydığı məlumata əsasən, Neymarın yaxın ətrafı da onun klubunu dəyişməsi və Messinin kölgəsindən çıxmasını istəyir. Parislilər ötən yay da "sambaçı"nı transfer etməyə cəhd göstərmişdilər. Həmin vaxt 24 yaşlı forvard üçün 190 milyon avro təklif olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə