İngiltərənin "Everton" klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçi Kuko Martinanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hollandiyada anadan olan, amma Kurasao yığmasının şərəfini qoruyan ikili vətəndaşlığla malik Martina son mövsümü İngiltərənin digər təmsilçisi "Sauthempton"da keçirib. Sağ cinah müdafiəçisi daha əvvəllər Hollandiyanın "Rozendal", "Valveyk" və "Tvente" klublarında da top qovub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB