Diyeqo Alveş "Flamenqo"da

"Valensiya"nın braziliyalı qapıçısı Diyeqo Alveş karyerasını vətənində davam etdirəcək. SİA-nın məlumatına görə, 32 yaşlı qapıçı "Flamenqo" ilə razılığa gəlib. Tərəflər 2020-ci il dekabr ayının 30-dək nəzərdə tutulan müqavilə imzalayıblar. Sözügedən transfer 300 min avroya başa gəlib.

Qeyd edək ki, Alveş 2011-ci ildə "Almeriya"dan "yarasalar"ın heyətinə qoşulmuşdu. Həmin vaxt onun transferinə 3 milyon avro xərclənmişdi. Primera karyerası ərzində 21 penaltini qaytaran Alveş bu baxımdan rekordçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə