"Liverpul"un yarımmüdafiəçisi Lukas Leyva karyerasını "Latsio"da davam etdirəcək. SİA-nın məlumatına görə, təcrübəli futbolçu Romaya gələrək tibbi müayinədən keçib. Yaxın saatlarda onun rəsmi müqavilə imzalaması gözlənilir. "Latsio" və "Liverpul" arasında braziliyalı futbolçunun transferi ilə bağlı anlaşma hələ iyulun 14-də əldə edilmişdi. Tərəflər 5.6 milyon avroya razılaşmışdı. Roma klubu Leyva ilə "Milan"a satdığı Lukas Bilyanın boşuluğunu doldurmağa çalışacaq.
Lukas 2007-ci ildən "mersesaydlılar"ın şərəfini qoruyurdu. O, "Qremio"dan 10 milyon avro qarşılığında transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB