Sentyabrın 18-də futbol üzrə Unibank Premyer Liqasının altıncı turu çərçivəsində MOİK komandası "Neftçi" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada "Neftçi" klubu rəqibini böyük hesabla məğlub edib – 4:0.
SİA-nın məlumatına görə, hakim Ceyhun Haşımovun idarə etdiyi qarşılaşmada Bahodir Nasibov dubl etmiş, Fərid Quliyev və Cavid Hüseynov fərqləniblər.
Premyer Liqanın altıncı turu çərçivəsində Gəncə şəhər stadionunda "Gəncə" klubu "Turan" komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
"Gəncə" klubundan İbrahim Hüseynov, rəqib komandadan isə Şalva Pirtsxalava fərqləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB